Davudoğlunun evi qarşısında terrorçu güllələnib
01 fevral, 2016 12:24
Polis Dolmabaxça sarayına keçmək istəyən iki arxa çantalı şübhəli kişini dayandırmağa cəhd göstərib. Onun çantalarından sallanan naqillər polis əməkdaşlarında şübhə yaradıb. Sözügedən şəxs polisin tələbinə tabe olmadıqdan sonra isə güman edilən terrorçuya atəş açılıb. Kişi ayağında yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun üzərində olan iki arxa çantası hadisə yerində mütəxəssislər tərəfindən partladılıb. Daha sonra hadisə baş verən ərazi mühasirəyə alınıb.
Çantalarda partlayıcı qurğunun olub-olmadığı barədə məlumat verilmir.