Xəbərlər

Tehrandan Naxçıvana dəmir yolu çəkiləcək
01 fevral, 2016 12:23

AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Abbas Nəzəri məlumat verib. O bildirib ki, İran İslam Respublikasının Dəmir Yolları Şirkəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında müvafiq razılaşma imzalanıb.

A.Nəzəri qeyd edib ki, gələn ay tərəflər görüşərək yolun çəkilməsi üçün görüləcək işləri və tikinti ilə əlaqədar digər məsələləri müzakirə edəcəklər. Tehrandan Naxçıvana qatarların hərəkət etməsi üçün yolun baza hissəsi hazırdır. Yol tamamilə istifadəyə verildikdən sonra qatarlar Tehran-Təbriz-Culfa marşrutu ilə hərəkət edəcək.

A.Nəzəri qeyd edib ki, iki ölkənin dəmir yolları sistemi fərqli olduğu üçün qatarlar Culfada dayanacaq və sərnişinlər başqa qatara minəcəklər. İrandan Azərbaycana gedənlər Azərbaycanın qatarlarına, Azərbaycandan İrana gələnlər isə Culfa stansiyasında İran qatarlarına minərək yollarını davam etdirəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.