Xəbərlər

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Bakıya gələcək
29 yanvar, 2016 13:26
Azərbaycan Milli Paralimpiya Komitəsindən daxil olan məlumata görə,Beynəlxalq  Paralimpiya  Komitəsinin  prezidenti  Ser  Filip  Kreven  Azərbaycan  Milli  Paralimpiya  Komitəsinin  20  illik  yubileyi  tədbirlərində  iştirak  etmək  üçün  7-10  fevral  tarixlərində  Bakıda  səfərdə  olacaq.  
 
Onu  Beynəlxalq  paralimpiya  hərəkatının  7  nəfər  görkəmli  şəxslərindən  biri,  Paralimpik  Ordeninin  mükafatçısı, Böyük  Britaniya  Paralimpiya  Assosiyasiyasının  fəxri  vitse-prezidenti  Entoni  Seynsburi  müşayət  edəcək. 
 
Səfər  müddətində  Ser  F. Kreven  yubiley  tədbirlərində  iştirak  etməklə  yanaşı,  bir  sıra  rəsmi  görüşlər  keçırəcəkdir.  O,  Milli  Paralimpiya  Komitəsinin  və  Uşaq  Paralimpiya  Komitəsinin  idmançıları  və  məşqçi  heyəti  ilə  də  görüşəcək.
 
Qeyd  edək  ki,  Ser Filip  Kreven  2001-ci ildən  Beynəlxalq  Paralimpiya  Komitəsinin  prezidenti,  2003-cü  ildən  Beynəlxalq  Olimpiya  Komitəsinin üzvü və Benəlxalq “Ədalətli  Oyunlar”  Komitəsinin  administrativ  üzvüdür. 
 
O,  Böyük  Britaniya  və  Şimali  İrlandiya   Birləşmiş  Krallıqlarının  fəxri  cəngavər-bakalavrıdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.