Görkəmli uşaq yazıçısı Xanımana Əlibəylininanadan olmasının 95 illiyə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada mərhum bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunur.
Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa ediblər.
Tamaşanın premyerasından sonra çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, Xanımana Əlibəylinin qızı, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, filologiya elmləri üzrə fəlsəfə doktoru, tənqidçi Qurban Bayramov, filologiya elmləri doktoru, professor Zahid Xəlil Xanımana Əlibəylinin uşaq ədəbiyyatına verdiyi bir-birindən zəngin töhvələr, Gənc Tamaşaçılar Teatrında müəllifin səhnələşdirilən əsərlərinin uğurlu həlli haqqında danışaraq yeni səhnə əsərində rol olan aktyorlara peşəkar ifalarına görə öz təşəkkürlərinin bildiriblər.
Məlumat üçün bildirək ki, tamaşa ilk dəfə ötən əsrin 50-ci illərində, ikinci dəfə 2000-ci ildə səhnələşdirilib. Səhnə əsərinin maraqlı mövzusu və aktuallığı əsərə üçüncü dəfə müraicət etməyə səbəb olub.
Ş.Z.