Prezidentin çıxışından sonra "NAZ Lifan" alanlar çoxalıb
29 yanvar, 2016 13:19
Bu maşınların 4 ban növü var: Premium, Sedan, Suv və Mini.
Naxçıvan avtomobil zavodunun əsası 2006-cı ildə qoyulub. 2010- cu ildən fəaliyyətə başlayan zavod bir növbəli iş sistemi ilə ildə 5 min avtomobil istehsal edir. Özü də 11 fərqli modeldə. “NAZ Lifan”ın Bakı satış mərkəzinin direktoru Rəhman Əhmədov deyir ki, 2016- cı ildən texniki göstəriciləri daha yüksək olan “NAZ Lifan x-50”, “NAZ Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb. Bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək.
Satış mərkəzinin direktoru Əhməd Rəhimovun sözlərinə görə, bu ilin martında 820 Premium klass modeli satışa çıxarılacaq: "Bunları məmurlara təklif edirik. Hazırda 720 modeli də var ki, bunlar eyni tipdə və eyni klassda olan avtomobillərdir".
Ə.Rəhimov bildirir ki, cənab prezidentin çıxışından sonra satışda böyük fərq va: "İki gündür telefon və satış salonlarında müştərilər çoxalıb. "NAZ Lifan 300” modelini xanımlara da tovsiyyə edirik, ekonom-klassdır. Benzin sərfiyyatı azdır, 4-5 litr istifadə edə bilərlər”.
Təlabat artsa da, Naxçıvan Avtomobil Zavodu onu qarşılamaq iqtidarındadır. İki növbəli iş rejiminə keçilsə, illik istehsal 10 minə çatdırılacaq. O ki, qaldı qiymətlərə, bu da müştərinin cibinə uyğun tənzimlənəcək.
Əhməd Rəhimov deyir ki, maşınların qiymətləri 7 mindən 20 minə qədər olacaq. qiymətlər modelə, quruluşa görə dəyişir. Hər bir modelin ayrı ayrılıqda modifikasiyaları var.
“NAZ Lifan” sürücülərinin rahatlığını təmin etmək üçün servis mərkəzlərinin də sayı artırılacaq. Hələlik NAZ-ın Naxçıvan, Bakı və Gəncədə servis mərkəzləri fəaliyyət göstərir. Satış artdıqca, Xaçmaz, Lənkəran və Şəkidə servislərin açılması planlaşdırılır. Artıq bununla bağlı hazırlıqlar başa çatıb. Yaxın vaxtlarda mərkəzlər işə düşəcək.
Ciddi şikayətlər yoxdur
Şirkətin Marketinq və Servis müəssisəsinin baş mühəndisi Cavad Qurbanov deyir ki, zavodun avtomobilləri 2500-dən çox veteranın istifadəsindədir. Ciddi şikayətlər yoxdur:
“Standartlara uyğun avtomobildir. 1,6 1,8 mühərrik var. Gedişi yollara uyğundur silindri uyğundursa niyə istifadə etməsinlər?”
Naxçıvan Avtomobil Zavodunda istehsal edilən avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Bu məqsədlə avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması nəzərdə tutulur. Bunun üçün zavodda Almaniya, İtaliya və Belçikadan gətirilən müasir texnoloji avadanlıqlar quraşdırılıb. Baş mühəndis Cavad Qurbanov deyir ki, lazımi hissələrin tapılmasında da problemlər yaşanmır.
“NAZ Lifan” avtomobillərinin ölkə vətəndaşlarının cibinə və statusuna uyğun satışı həyata keçiriləcək. Məmurların istifadəsi üçün əsasən 3 model – NAZ Lifan 720, NAZ Lifan-820 və NAZ Lifan-X60 modelləri məsləhət görülür. Hazırda anbarlarda satışa hazır 180 belə avtomobil var.
Sonda CBC-nin əməkdaşı maşını şəxsən testdən keçirib və qeyd edib ki, maşın kifayət qədər rahatdır.