Qəbristanlıqlarla bağlı ayrıca qanun olacaq
29 yanvar, 2016 13:18
Bunu parlamentin Regional məsələlər komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 29-da keçirilən iclasında adıçəkilən komitənin sədri Arif Rəhimzadə dilə gətirib.
Onun sözlərinə görə, bu sənəd şəhər, rayon və qəsəbə bələdiyyələri assosiasiyaları ilə də müzakirə olunacaq.
“Çox yaxşı və vacib bir qanundur. Onun qəbuluna böyük ehtiyac var.
Eyni zamanda, bu sənəd çox böyük maliyyətutumlu bir qanundur. Bu baxımdan, maliyyə məsələsi necə həll olunacaq, indidən heç nə demək olmaz, bu, sonranın işidir.
Amma hesab edirəm ki, onun üzərində bir daha işləmək və təkmilləşduirmək lazımdır”.
Kamil Həmzəoğlu