Xəbərlər

“Reproduktiv sağlamlıq haqqında” və “Psixoloji yardım haqqında” qanun layihələri parlamentin plenar iclasına çıxarıla bilər
29 yanvar, 2016 13:17

 Bu haqda  parlamentin Səhiyyə komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 28-də keçirilən iclasında məlumat verilib.

Sözügedən komitənin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, artıq bu sənədin parlamentin plenar iclasına çıxarılmasının vaxtıdır:

“Bu sənəd üzərində xeyli təkmilləşdirmələr aparılıb, ictimaiyyətin narazılğına səbəb olan məsələ də oradan çıxarılıb, yəni,  müxtəlif qurumlarla da bu sənədi razılaşdırmışıq. 

Onu artıq bu il parlamentin plenar iclasına çıxarmalıyıq, onu gecikdirmək olmaz, əslində çox gecikmmişik. İnsanlar bu qanunun qəbulunu gözləyir”.

Sözügedən komitənin üzvü Məlahət İbrahimqızı isə reproduktiv sağlamlığın cəmiyyətdə düzgün uzah edilməməsindən narazılığını ifadə edib:

“Bu, əslində ana sağlamlığı deməkdir, ana,uşaq ölümlərinin qarşısının alınması,  ultrasəs müayinədəın sonra qız uşaqların yox edilməsinin qabağının alınması deməkdir. Ona görə də bu sənədin düzgün izahatı lazımdır. 

Bu, çox lazımlı bir sənəddir və biz onu müvafiq qurumların  təkrar ekspertizasından, rəyindən sonra plenar iclasın müzakirəsinə çıxarmalıyıq”.

İclasda o da məlum olub ki, həmçinin, “Psixoloji yardım haqqında” qanun layihəsi parlament yaz sessiyasının gündəliyinə çıxarılacaq.

Komitə sədri deyib ki, bu sənədin maliyyətutumlu olması bir qədər narahatlıq və tərəddüd yaradırdı:

“Artıq hesab edirəm ki, belə bir narahatlığa və tərəddüdə də ehtiyac yoxdur. O, çox az maliyyətutumlu bir sənəddir, əslində isə demək olar ki, maliyyətutumlu da deyil. Ona görə həmin sənədin yaz sesiyasının müzakirəsinə təqdim olunmasına da elə bir əngəl qalmır”.

Komitənin üzvü Rafiq Məmmədhəsənov da indiki durumda belə bir qanuna ciddi ehtiyac olduğunu bildirib.

Kamil Həmzəoğlu

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.