Bu qəsəbədə 28 il sonra ilk uşaq doğulub
29 yanvar, 2016 13:15
İtaliyanın şimalındakı Ostana adlı kiçik bir qəsəbədə 28 ildən sonra ilk körpə dünyaya gəlib.
Son bir əsrdə əhalisi sürətlə azalan dağlıq Piedmont bölgəsində yerləşən qəsəbənin bələdiyyə sədri Cakomo Lombardo bildirb ki, Pablo adlı körpənin doğuluşu ilə əhalinin çoxdankı xəyalı gerçək olub.
“La Stampa” gəzetinin yazdığına görə, keçən həftə Turindəki bir xəstəxanada dünyaya gələn Pablo qəsəbənin 85-ci sakini olub.
Qeyd olunur ki, 85 nəfərlik əhalinin sadəcə, yarısı orada daimi yaşayır.
Ş.Z.