Maliyyə naziri Azərbaycanın 4 milyard dollar kredit alacağı xəbərini təkzib etdi
29 yanvar, 2016 13:12
Bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.
“Vəziyyətimiz elə acınacaqlı deyil ki, qısa müddət ərzində kimdənsə kredit istəyək. Əksinə biz özümüz digər ölkələrə kreditlər veririk”, nazir bildirib.
Qeyd edək ki, daha əvvəl mətbuatda Azərbaycan hökumətinin ölkədə iqtisadi islahatlara dəstək proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan 3 milyard dollar, Dünya Bankından isə 1 milyard dollar istədiyi barədə məlumat yayılmışdı.a