Xəbərlər

Neft qiymətlərinin böhranı fonunda aktuala çevrilən kənd təsərrüfatı – islahatların vacibliyi – Araşdırma
29 yanvar, 2016 13:05
Neftin ucuzlaşması, bunun nəticəsində Azərbaycan manatının son bir ildə iki dəfə devalvasiyaya uğraması ölkəmizi də belə bir reallıqla üz-üzə qoyub.
 
Yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşən tanınmış mütəxəssislər iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsinin vacibliyindən danışarkən, o sırada aqrar sektoru  xüsusi qeyd edirlər.
 
Onların fikrincə, vaxtilə kənd təsərrüfatı məhsulları ilə özünü təmin edən və bu məhsulların ixracatçısı olan Azərbaycanda aqrar sektorun canlandırılması üçün geniş imkanlar var və onlardan maksimum istifadə olunmaldır.
 
Prezident İlham Əliyev də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında digər sahələrlə yanaşı, aqrar sektorun inkişafının vacibliyini önə çəkib:
 
“Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi. Kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur.
 
Ona görə, bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq. Ancaq biz kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır.
 
Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir.
 
Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır”.
 
Eyni zamanda, bir sıra millət vəkilləri də yaranmış vəziyyətdə aqrar sektora diqqətin genişləndirilməsi, bölgə əhalisinin kənd təsərüfatına hərtərəfli marağının artırılması istiqamətində təcili tədbirlərin həyata keçirilməsinə çağırıblar.
 
Milli Məclisin deputatı Zahid Oruc bu barədə fikirlərini açıqlayaraq bildirib ki, aqrar sektorun inkişafında başlıca şərtlərdən biri Kənd Təsərrüfatı Nazirliyinin bölgələrimizdən birinə köçürülməsidir.
 
Onun fikrincə, aqrar sektora aid olaraq, müstəqil dövlət qurumları kimi fəaliyyət göstərən çox sayda təşkilat da  Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməlidir:
 
“Parlamentdə də həmişə bu fikirləri gündəmə gətirirdim ki, Azərbaycan bölgələrini proporsional inkişaf etdirmək, orada da ölkənin sənaye mərkəzlərini və sairəni formalaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi nə üçün bölgələrin birində olmasın, paytaxtın yükünü azaltmaq naminə bu addıma gedilməsin?
 
Vaxtı ilə neft amili hamı üçün cazibədarlıq kəsb edirdi və nəticədə də  hamı paytaxta axın edirdi. İndi isə kəndlərə, bölgələrə insanlarımızın geri qaytarılması naminə irriqasiya və su təsərrüfatları qurumunu da Kənd Təsərrüfatı Nazirliyinə birləşdirərək, həmçinin, digər aqrar xarakterli institutların, dövlət təşkilatlarının da bu nazirliyin içərisində bitkin çərçivəsini yaradaraq onu Azərbaycan bölgələrinin birinə köçürmək olmazmı?
 
Bu, mənə elə gəlir ki, daha düzgün qərar olardı. Çünki məlum olduğu kimi, paytaxtda kənd təsərrüfatının hədəf etdiyi torpaq sahələri mövcud deyil, əksər - yəni, 5 milyon hektarlıq ərazilərin hamısı bölgələrdədir”.
 
Milli Məclisin başqa bir deputatı Qənirə Paşayeva isə mühüm dövlət qurumlarının fəaliyyətinə nəzarətin təmin olunması, vətəndaşları narahat edən məsələlərə tez  baxılması, qarşıya çıxan problemlərin operativ çatdırılması üçün “Qaynar xətt”in yaradılmasına ehtiyac olduğunu deyib:
 
“Bu baxımdan, İctimai nəzarətin təmin edilməsi üçün də bütün dövlət qurumlarının qaynar xətt yaratması lazımdır ki, insanlar hansısa xoşagəlməz halları görəndə həmin dəqiqə zəng edib məlumat versinlər.
 
Və onlara məlumat verdiyi anda da o nazirliklərin içində qruplar olsun ki, həmin dəqiqə gedib məsələni yerində araşdırıb, ciddi tədbirlər görsünlər. Yalnız bu zaman ictimai nəzarət öz effektivliyini ortaya qoya bilər.
 
Eyni zamanda, qanunvericilik çərçivəsində ictimai nəzarətlə bağlı məsələlərə çox ciddi şəkildə baxmalıyıq. Yeni qanunvericilikdə bu məsələlərin daha da ciddi şəkildə öz əksini tapması bizim üçün çox  vacib məsələlərdəndir...”Ölkədə aqrar sektorun inkişaf etdirilməsi zərurətinin qaçılmaz olduğunu deyən iqtisadçı-ekspertAkif  Nəsirli  açıqlamasında bildirib ki, bu sahədə canlanmanın yaranması bir sıra problemlərin həllinə təkan verə bilər:  
 
“Neftin ucuzlaşması ölkədə bütün daxili istehsalın inkişaf etdirilməsinin zəruriliyini aktuallaşdırır - o cümlədən də aqrar sektorunn. Zərurət ondan irəli gəlir ki, Azərbaycana iri həcmdə kənd təsərrüfatı məhsulu dxal edilir və bu da ölkədə dollara tələbatı artıran amillərdən biridir.
 
Digər tərəfdən, neft pulları hesabına həyata keçirilən layihələr dayandırılması bir sıra digər sahələrdə ixtisarlara və işsizlərin sayının artmasına səbəb olub.
 
Yaranmış vəziyyətdə işsiz qalmış insanların bir hissəsini kənd təsərrüfatı sahəsində işlə təmin etmək mümkündür. Yəni aqrar sektorun inkişaf etdirilməsi həm xaricdən idxal asılılığını azaldar, həm də əhalinin bir qisminin məşğuliyyəti üçün imkanlar yaradar”.
 
Ekspert Kənd Təsərrüfatı Nazirliyinin paytaxtdan bölgələrimizdən birinə köçürülməsi məsələsinin aqrar sektorun inkişafına mütləq təsir göstərməsi qənaətində deyil. Amma o da hesab edir ki, bu sahəyə aid müxtəlif qurumların Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi lazımdır:
 
“Nazirliyin bölgələrə köçrülməsinə gəlincə, buna ciddi ehtiyac duymuram. Çünki ötən il 52 rayonda Nazirliyin xüsusi idarələri yaradılıb, onlar yerlərdə lazımi funksiyaları yerinə yetirə bilərlər.
 
Digər tərəfdən, pulun qıt vaxtı belə köçürmənin özü də əlavə xərc deməkdir.
 
Əvəzində Nazirliyin özündə ixtisarlar aparmaq, bir-birini təkrarlayan qurumları birləşdirmək olar.
 
Bəli, mümkün qədər bütün nazirlikləri bu baxımdan nəzərdən keçirmək lazımdır,vacib lazımlı mütəxəssisləri saxlayıb, qalanları ilə vidalaşmaq gərəkdir.
 
O cümlədən də kənd təsərrüfatında belə ixtisarlara ehtiyac var. Hökumət böhran rejimində çalışmağa uyğunlaşmalıdır.
 
Hökumətin bölgələrdə çalışan qurumları da birləşdirilməlidir, Məsələn, kənd təsərrüfatı idarəsi ilə “Aqrolizinq” nəyə görə ayrıca qurum kimi işləməlidirlər?”
 
Onun fikrincə, Kənd Təsərrüfatı Nazirliyi bu sektorda çalıışan insanlar üçün daim açıq olmalı, zəruri hallarda operativ məsləhətini verməlidir:
 
“Əhalinin belə geniş təbəqəsi ilə işləyən Kənd Təsərrüfatı Nazirliyi islahatlar dövrundə tək qaynar xətlə  kifayətlənməməlidir. Radio-bağlantı, e-mail və digər əlaqə vasitələri ilə təmin edilməlidir.
 
Əlaqə elə qurulmalıdır ki, əyalətdəki fermer belə istənilən an nazirliyin məsləhətini ala bilsin
 
Hazırki qaynar xəttlə əlaqə saxlamamışam, ona görə onu qiymətləndirməkdə çətinlik şəkirəm”.
 
A.Zeynalov
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.