FİFA prezidentliyinə 5 nəfərin namizədliyi təsdiqlənib
28 yanvar, 2016 13:38
FİFA-nın yeni prezidentini müəyyənləşdirəcək seçkilər gizli səsvermə yolu ilə fevralın 26-da baş tutacaq.
Məlumata görə, FİFA prezidentliyinə aşağıdakı şəxslərin namizədliyi qeydə alınıb:
Şeyx Salman bin əl-Xəlifə, Tokio Selsvale (Cənubi Afrika Respublikası), Jerom Şampan, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və UEFA-nın baş katibi Canni İnfantino.
8 il müddətinə futboldan kənarlaşdırılmış FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini seçkilərə buraxılmayıb.
Ş.Z.