Bu gün “Əli və Nino”nun təqdimatıdır
28 yanvar, 2016 13:35
Bu haqda filmdə Nino obrazını canlandıran aktrisa Mariya Valverde özünün “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, filmin nümayişi yanvarın 27-dən 31-dək olacaq.
“Əli və Nino” ötən il yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilib.
“Əli və Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Çəkilişlər Bakıda, Qobustanda, Xınalıqda və başqa ərazilərdə aparılıb.
Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, xalq artisti Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.