Xəbərlər

Tanınmış səyyah jurnalist Azər Qəribdən xaricə köçmək yolu axtaranlara xəbərdarlıq: “Sizi heç kim orda gözləmir”
28 yanvar, 2016 13:32
A.Qərib ilk olaraq qeyd edib ki, ünvanına daim gələn suallardan biri hansı ölkəyə köçmək məsləhətdir, necə getmək olar və sairədir.
 
“Bir izləyicim yazıb ki, bəs bizə 3 min dollara İsveçdə işləmək icazəsi təklif edirlər, inanaq ya yox”.
 
Bütün bunlarla bağlı A.Qərib izləyicilərinə xəbərdarlıq edib ki, bu sahədə kifayət qədər dələduz var, yalançı vədlər verirlər və pul alıb, insanları aldadırlar.
 
“Biri deyir, Portuqaliyada portağal yığmağa göndərə bilərəm, digəri deyir, Stokholmda kafelşik və santexnik lazımdır, düzüb qoşaram, və s.”.
 
A.Qərib izləyicilərinin nəzərinə çatdırıb ki, hazırda Avropada elə bir ölkə yoxdur ki, fəhlə qüvvəsinə tələbatı o səviyyədə olsun ki, xaricdən işçi dəvət etsin!
 
“Yüz minlərlə qaçqınları olan Avropa ölkələri yeni immiqrantları istəmirlər. Əgər siz hansısa sahənin dahisi deyilsinizsə, sizə olan maraq sıfra bərabərdir.
 
Və bir şeyi anlamalısınız – xaricdə ən böyük problem status problemidir. Yəni, həmin ölkədə leqal qalmağa icazə verən sənəd. Onu bilirəm ki, nağıllara inanmayın. Sizi heç kim heç yerdə gözləmir. Ələlxüsus, indiki zəmanədə. Düzdür, siz turistik viza alıb, gedib orada qaçqınlara qoşula bilərsiniz, amma reallıqları nəzərə almalısınız – bu həyat deyil.
 
Ola bilsin, bir müddət yardım alıb, düşərgələrdə yaşaya biləcəksiniz, amma nəticədə sizin sənədlərinizi yoxlayıb, geri göndərəcəklər, əmin ola bilərsiniz”.
 
A.Qərib bu məsələdə çox maraqlı bir məqama da toxunub.
 
“Televizora baxıb, lap elə mənim verilişlərimə, şəkillərimə baxıb, paylaşdığım təəsüratlarla tanış olub, yaxud, xaricdən gəzməkdən gələn yaxınlarınızın söhbətlərinə qulaq asıb qərar vermək yanlış bir addımdır!
 
Nə qədər ki siz turistsiniz, pul xərcləyirsiniz, sizin üzünüzə güləcəklər, Qərb həyatının bütün nailiyyətləri sizin ixtiyarınızda olacaq.
Amma siz immiqrant olan kimi, həyat sizə digər simasını göstərəcək və bu sima heç də mənim qlamur şəkillərimdə olan sima deyil. Tam məsuliyyətlə bir şeyi anlamalısınız, təkrarlayıram – sizi heç kim heç yerdə gözləmir və siz oralarda heç kimə lazım deyilsiniz”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.