Evli müəllimə 16 yaşlı şagirdi ilə “iş başında” yaxalandı
28 yanvar, 2016 13:16
ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşayan 25 yaşlı Jilyen B.Lafave adlı lisey müəlliməsi ilə 16 yaşlı şagirdi arasında 13 mindən artıq qarşılıqlı mesaj aşkar edilib.
J.B.Lafave 16 yaşlı şagirdi ilə növbəti dəfə cinsi əlaqəyə girərkən liseyin növbətçi müəllimi tərəfindən yaxalanıb.
Həbs olunaraq işdən kənarlaşdırılan müəllimə daha sonra zəmanətlə azadlığa buraxılıb.
Müəllimə barədə yekun qərarın veriləcəyi məhkəmə mart ayında baş tutacaq.
Ş.Z.