Xəbərlər

Avropa İttifaqı Azərbaycan elektron kənd təsərrüfatına dair layihəyə başlayır
28 yanvar, 2016 13:14
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mårdbildirib ki, Azərbaycan hökumətinə elektron kənd təsərrüfatı təşəbbüsünün icrası istiqamətində göstərdiyi dəstəyin davamı olaraq, Avropa İttifaqı 11 noyabr 2015-ci il tarixində Azərbaycanın  Kənd Təsərrüfatı Nazirliyindən olan tərəfdaşları ilə birgə bu layihəyə başlayıb. 
 
O deyib ki, kənd təsərrüfatı artıq önəmli bir sahəyə çevrilib. Aİ Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsində işləyir və elektron kənd təsərrüfatı sahəsində də ümidlərimiz böyükdür.
 
M.Mard  əlavə edib ki, Aİ subsidiyalar siyasəti yaradıb: “Etiraf etməliyik ki, burda bir sıra səhvlərimiz var. Subsidiyalar siyasətini on illiklərdir tətbiq edilir. Biz Azərbaycanın  bu istiqamətdə  təcrübəsini  öyrənə bilərik”. 
 
M.Mard bildirib ki,  güclü kənd təsərrüfatı sisteminin yaradılması üçün bütün tərəfdaşların iştirakı vacibdir:
 
“Elektron kənd təsərrüfatı və subsidiyalar sistemində Azərbaycanla əməkdaşlıq edirik. Kənd təsərrüfatı alətlərindən necə səmərəli istifadə edilməsi indi gündəmdə olan məsələdir. Aİ  20 ildə olduğu kimi bundan sonra da  Azərbaycanın bu sahədə  yaxın tərəfdaşı olacaq”.
 
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov isə deyib ki, layihə çərçivəsində cəlb olunmuş ekspertlər ilk növbədə vəziyyəti təhlil ediblər.
 
“Biz Aİ nin təcrübəsini öyrənirik.  Aİ nümayəndələri bizə texniki sahədə yardım göstərdi. Bu sahədə əldə etdiyimiz uğurlar dövlətimizin uğurlarıdır”. 
 
Qeyd edək ki, layihənin məqsədi subsidiyaların ədalətli və şəffaf şəkildə paylanmasına şərait yaratmaq, siyasətin formalaşması və siyasi təsirlərin qiymətləndirilməsi istiqamətində məlumatların etibarlı olmasını təmin etmək və son nəticədə kənd ərazilərində həyat şəraitinin yaxşılaşmasına kömək etməkdir.
 
Pərvanə Sultanova
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.