Xəbərlər

2016-cı il üçün TANAP üzrə zəruri sənədlər təsdiq edilib
28 yanvar, 2016 13:13

Səfər çərçivəsində R.Abdullayev Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrakla görüş keçirib. Türkiyənin enerji sektorunda SOCAR-ın həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, planlaşdırılan işlərin qrafikə uyğun icra edildiyi bildirilib. TANAP-ın inşası işlərinin, eyni zamanda Petkim yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminlik vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

SOCAR prezidenti R.Abdullayev Türkiyəyə səfəri çərçivəsində Transanadolu qaz boru kəməri - TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib.

İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub. Layihənin hazırkı statusu və işlərin gedişatı haqqında məlumat dinlənilib. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət planauyğun surətdə uğurla davam etdirilir. 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib.

İclasda layihənin operatoru olaraq SOCAR-ın fəaliyyəti yüksək qiymətləndirilib. 

Qeyd olunub ki, operator və tərəfdaş şirkətlər 2016-cı ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində qüvvələri səfərbər edəcək və kəmərin vaxtında tikilib başa çatdırılması üçün lazım gələn bütün tədbirləri həyata keçirəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.