“Real Madrid” növbəti növbəti fantastik transferə hazırlaşır – 98 milyon avro
27 yanvar, 2016 14:05
“Kral klubu”nun ilk hədəfi “Bavariya”nın hücumçusu Robert Levandovskidir.
Növbəti 2 transfer dövründə futbolçu ala bilməyəcək “qalaktikos” işini ehtiyatlı tutmağı qərara alıb. “Real” rəhbərliyi bu ay heyəti gücləndirmək üçün kisənin ağzını açıb.
İspanlar Levandovskini nəyin bahasına olursa-olsun, almaq fikrindədilər. Onlar qarşı tərəfə rəsmi təkliflə müraciət ediblər. Madridlilər 27 yaşlı futbolçuya görə 98 milyon avrolarından keçməyə hazırdılar. Almanların fantastik təklif qarşılığında “hə” cavabını verəcəkləri gözlənilir.
Qeyd edək ki, Levandovski “Bavariya”ya 2014-cü ildə Dortmund “Borussiya”sından keçib.