Xəbərlər

"Azəriqaz": "Əhaliyə təbii qazın verilişində heç bir məhdudiyyət yaranmayıb"
27 yanvar, 2016 13:58

Bakı şəhəri və ətraf qəsəbələrdə, respublikanın regionlarında əhaliyə təbii qazın verilişində heç bir məhdudiyyət yaranmayıb.

Qeyd olunur ki,  birlik tərəfindən planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan bütün təmir işləri müvvəqqəti olaraq təxirə salınıb.

 Yalnız qəza hallarının aradan qaldırılması zamanı əhaliyə mavi yanacağın verilişində qısamüddətli fasilələr yarana bilər. 

Baş verən qəza halları isə “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin qəza xidmətləri tərəfindən operativ olaraq aradan qaldırılır.

Eyni zamanda abonentlərin şikayətlərinin araşdırılması və həll edilməsi məqsədilə Birliyin 104 və 185 "qaynar xətləri" fasiləsiz fəaliyyət göstərir. Bütün çağırış və müraciətlər operativ surətdə və nəzarət qaydasında icra olunur. 

İşlərin səmərəli təşkili, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin artırılması məqsədilə Bakı Regional Qaz İstismar Departamenti və Regional Qaz İstismar idarələri gücləndirilmiş iş rejiminə keçirilərək növbətçilik sistemi yaradılıb.

Qeyd edək ki, ötən gün axşam saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində avtomobilin 159 mm-lik qaz xəttini sındırması nəticəsində Nərimanov və Binəqədi rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yaranmış, “Azəriqaz” İB-nin müvafiq qurumları tərəfindən dərhal həmin ərazidə alternativ xətlər çəkilərək qazın verilişi bərpa edilmişdi.

Birlik tərəfindən istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər bundan sonra da görüləcək.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.