Dünyanın ən təhlükəli şəhəri müəyyənləşdi
27 yanvar, 2016 13:55
Araşdırmada Veneseulanın paytaxtı Karakas ilk pillədə yer alıb.
Cinayət faktlarının artdığı bu şəhərdə hər gün ən azı 120 cinayət işlənilir.
Karakasdan sonra ən təhlükəli şəhər isə Hondurasın San Pedro Sula şəhəri olub. Üçüncü pillədə El Salvadorun paytaxtı San Salvador şəhəri yerləşib.
Siyahıda yer alan 50 şəhərin əksəriyyəti Latın Amerikasında yerləşir. Bu isə o deməkdir ki, Latın Amerikasında insanlar ciddi təhlükə altındadırlar. Məlumata görə, bu bölgədə baş verən cinayətləri çoxu narkotik ticarətçiləri tərəfindən törədilir.
Qeyd edək ki, 2008-2010-cu illərdə dünyanın ən təhlükəli şəhəri olaraq qəbul edilən Meksikanın Ciudad Juarez şəhəri bu il 50 təhlükəli şəhər siyahısında yer almayıb. Bu o deməkdir ki, həmin şəhərdə vəziyyət nisbətən yaxşılaşıb.
1. Karakas - Veneseula
2. San Pedro Sula - Honduras
3. San Salvador – El Salvador
4. Distrito - Honduras
5. Torreon - Meksika
6. Maceyo - Braziliya
7. Kali - Kolumbiya
8. Nuevo Laredo - Meksika
9. Barquisimeto - Veneseula
10. Joao Pessoa – Braziliya
Fərid Ədalət