Aydın Əliyev: "Hazırda gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində iş aparılır"
27 yanvar, 2016 13:47
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələrin icrası barədə məlumat verib.
A. Əliyev deyib ki, burada üç əsas amil lazımdır: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı:
"Bu amillərin hər biri bizdə var. Hazırda onların daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində iş aparılır”.
Gömrük sahəsində ötən il görülən işlər haqda məlumat verən komitənin sədri A. Əliyev sahibkarların suallarını cavablandırıb.