Kubok “Neftçi”yə təqdim olundu
26 yanvar, 2016 11:58
Baş tutan son görüşdə “Şərurspor” digər I Divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib.
Görüşdən 3:0 hesablı qələbə ilə ayrılan MOİK turniri 3-cü pillədə başa vurub.
"Bayıl Arena"dakı qarşılaşmadan sonra ilk dəfə keçirilən turnirin qalibinə kubokun təqdim edilməsi tədbiri keçirilib. Mərasimdə AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadovla Vaqif Sadıqov və “CBC Sport” telekanalının baş direktoru Volkan Üst iştirak edib.
Kubok “Neftçi”nin kapitanı Araz Abdullayevə təqdim olunub.
Qeyd edək ki, bu yarışın qalibi “Neftçi” olub, ikinci pilləyə isə AZAL sahib çıxıb.