Xəbərlər

Hərbçilərimizin xəstəliklərə yoluxmaması üçün qabaqlayıcı tədbirlər görülür
26 yanvar, 2016 11:53

Mövsümi kəskin respirator xəstəliklərin yayılması ehtimalını nəzərə alaraq, eləcə də hərbi hissələrin şəxsi heyətinin kənardan bu kimi xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə Müdafiə nazirinin əmrinə əsasən qabaqlayıcı tədbirlər görülür.

Bugünədək şəxsi heyətin sağlamlığı ilə bağlı heç bir ciddi narahatçılıq qeydə alınmayıb.

Bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, yarıvitaminlərlə təmin olunub, hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr çatdırılıb və ehtiyatı mövcuddur.

Xəstəliklərin profilaktikası məqsədilə həkimlər gücləndirilmiş iş rejiminə keçirilib, müşahidə, aşkarlama, məhdudlaşdırıcı, eləcə də tibbi nəzarət tədbirləri həyata keçirilir. Ezamiyyətdən, məzuniyyətdən qayıdan hərbi qulluqçular, eləcə də hərbi hissələrə daxil olan şəxslər, həmçinin valideynlər nəzarət buraxılış məntəqələrində tibbi baxışdan keçirilir. Xəstəlik əlaməti aşkar edilən şəxslər hərbi hissə ərazisinə buraxılmır. Bölüklərdə tibbi maarifləndirmə tədbirləri görülür və gündəlik termometriya aparılır.

Çöl-səhra şəraitində keçirilən döyüş hazırlığı məşğələlərinə cəlb olunan şəxsi heyətin uzun müddət sərt hava şəraitində qalmaması üçün poliqonlardakı dərs yerlərində isitmə məntəqələri təşkil edilib. Hava şəraitindən asılı olaraq şəxsi heyətin açıq havada qalması vaxtını azaltmaq göstərişi verilib.

Görülən qabaqlayıcı tədbirlər nəticəsində bugünədək şəxsi heyətin sağlamlığı ilə bağlı heç bir ciddi narahatçılıq qeydə alınmayıb.

A.Zeynalov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.