Metroda əcnəbi turistlər üçün bilet satan avtomat quraşdırılıb
26 yanvar, 2016 11:52
Ingilis, yapon və Çin dillərində informasiya almağa şərait yaradan yeni avtomat ənənəvi avtomatlardan 32 düyümlük diaqonala malik böyük monitoru ilə seçilir.
İstifadəçilər burada lazım olan stansiyanı seçdikdən sonra həmin yerədək gediş haqqını öyrənə və bilet ala bilərlər.
Tokionun hökumət orqanları martın sonunadək bu avtomatı sınaqdan keçirmək və sonra əsasən turistlərin istifadə etdiyi böyük stansiyalarda onları quraşdırmaq niyyətindədir.