Suriya üzrə danışıqların başlama tarixi açıqlanıb
26 yanvar, 2016 11:50
Bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.
“Sabah birbaşa danışıqlarda iştirak etmək üçün Suriyanın müxalifət nümayəndələrini dəvət göndərmək niyyətindəyik. Bilavasitə danışıqlar isə, zənnimcə, yanvarın 29-dan start götürəcək”, deyə Mistura vurğulayıb.
Qeyd edək ki, Suriya üzrə danışıqlar yanvarın 25-ə Cenevrədə keçirilməli idi.