Bakı ilə Yalama arasında elektirk qatarı işləyəcək
26 yanvar, 2016 11:47
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi xəbər verir ki, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrutu ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.
611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 01:10-da Yalama stansiyasına çatacaq, 03:30-da Yalama stansiyasından yola düşəcək və saat 09:15-də Bakı-sərnişin stansiyasına çatacaq.