Xəbərlər

İlham Əliyev: "Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir"
25 yanvar, 2016 12:49
 İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi. Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğuladı, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirdi.
 
Dövlətimizin başçısı Pakistanda universitetdə törədilmiş dəhşətli terror hadisəsi ilə bağlı Baş nazir Məhəmməd Navaz Şərifə və dost ölkənin xalqına başsağlığı verdi.
 
Baş nazir Məhəmməd Navaz Şərif başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyevin Pakistanın böyük dostu olduğunu deyən Məhəmməd Navaz Şərif Pakistan xalqının Azərbaycana böyük məhəbbət hissi bəslədiyini bildirdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin Pakistanda böyük hörmətlə xatırlandığını, Ulu Öndərin İslamabada səfəri zamanı onunla görüşünü ehtiramla xatırladığını, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirərək Azərbaycanı dünya miqyasında qüdrətli ölkəyə çevirdiyini diqqətə çatdırdı.
 
Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin inkişaf etdiyini deyən Pakistan hökumətinin başçısı ölkələrimizin əməkdaşlıq baxımından mövcud potensialının gücləndirilməsində maraqlı olduqlarını bildirdi, bunun üçün ciddi səylərin göstərilməsinin əhəmiyyətini vurğuladı.
 
Prezident İlham Əliyev Məhəmməd Navaz Şərifin ümummilli lider Heydər Əliyev haqqında dediyi xoş sözlərə görə minnətdarlığını bildirdi, Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin əsasını qoyduğunu dedi, Azərbaycan xalqının Pakistana böyük rəğbət hissi bəslədiyini vurğuladı.
 
Görüşdə münaqişələrin həllində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin böyük əhəmiyyətinin olduğu qeyd edildi. Dövlətimizin başçısı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllində Pakistanın ədalətli mövqeyini yüksək qiymətləndirdi.
 
Söhbət zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olundu.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.