Azad Rəhimov Patrik Hikki ilə görüşüb
25 yanvar, 2016 12:45
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən verilən məlumata görə, nazir Azad Rəhimov səfər çərçivəsində Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro, AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşlər keçirib.
Görüşlər “Bakı 2015” İlk Avropa Oyunlarında yüksək səviyyədə görülmüş işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.
Eyni zamanda, 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula 1 Qrand Prix turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.