Multikulturalizm Mərkəzi tərəfindən Nardaran qəsəbəsində “Klassik ədəbiyyat” məktəbi açılacaq
22 yanvar, 2016 14:44
Konkret olaraq, Mərkəz tərəfindən Nardaranda “Klassik ədəbiyyat” məktəbinin açılması planlaşdırılır.
Bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakı Multikulturalizm Mərkəzində 2016-cı ilin dövlət başçısı tərəfindən “Multikulturalizm ili” elan olunması ilə bağlı məlum sərəncamına həsr olunmuş mətbuat konfransında dilə gətirib.
K.Abdullayev bildirib ki, bu gün Nardaranın təbəddülatına, Naradaranın yaxşı mənada oyanışına ehtiyac var və bu, artıq baş verməkdərir:
“İstər Nardaranda, istərsə də ümumiyyətlə, Bakı və Abşeronun digər kəndlərində mütərəqqi ziyalılar, dövlətə, dövlətçiliyə bağlı insanlar həddindən artıq çoxdur.
Həmin insanlarla, xüsusən, Nardaranda yerli sakinlərlə görüşlərdə onların dövlətə, dövlətçiliyə necə ürəkdən bağlı olduqlarını görmüşük, hiss etmişik.
Ancaq bununla belə, yenə də hesab edirik ki, Nardaranda çox işlərin görülməsinə ehtiyac var və artıq Azərbaycan dövləti də bu istiqamətdə real, konkret addımlar atmaqdadır”.
Kamil Həmzəoğlu