Xəbərlər

YUĞ Teatrında “Naməlum Axundzadə” tamaşası oynanılacaq
22 yanvar, 2016 14:43
Teatrdan verilən məlumata əsasən, səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. 
 
Tamaşa M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə “Naməlum Axundzadə” teatr layihəsi çərçivəçində səhnələşdirilib.
 
“Naməlum Axundzadə” ədibin irsinin fərqli, bu günə qədər qapalı qalan aspektlərini işıqlandırır. Tamaşa esxatoloji komediya janrındadır.
 
Əsas rolları əməkdar artistlər Fərhad İsrafilov, Məmməd Səfa,  Sonaxanım Mikayilova, Gülzar Qurbanova, Vidadi Həsənov, Yaqut Paşazadə, aktyorlar Zümrüd Bəxtiyar, Zərtac Quliyeva ifa edir. Səhnə əsərinin quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri ƏR Toğrul və Aytən Məmmədovadır.
 
Tamaşa saat 19.00-da başlayacaq.
 
Yanvarın 22-də teatrda rejissor Ramiz Həsənoğlunun “Sonuncu”, yanvarın 23-də isə Vaqif İbrahimoğlunun “Birinci akt” tamaşası nümayiş etdiriləcək.
 
Aytən Həsənova
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.