İran səfirliyindən 10 aylıq Qorqud Dadaşzadənin vəfatı ilə bağlı münasibət
22 yanvar, 2016 14:41
Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibiMəhəmmədrza Nəcəfi bildirib.
O qeyd edib ki, hər il müxtəlif ölkələr və o cümlədən Azərbaycandan minlərlə insan müalicə üçün İrana üz tutur və onların əksəriyyəti aldıqları müalicədən razılıq bildirirlər:
“Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.
Nəcəfi dünyasını dəyişmiş uşağın xəstəxana xərcləri barədə bildirib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib, hazırda yalnız 3 min 200 manat borc qalıb:
“Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycan Respublikasının Tehran və Təbriz şəhərlərində yerləşən diplomatik nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”.
Qeyd edək ki, Dadaşzadə Qorqud Rövşən oğlu yanvarın 20-də İranın Təbriz şəhərində “Kudəkan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Həkimlər 3 min 200 manat borcu əsas gətirib, uşağın meyitini ailəsinə verməkdən imtina edirlər.
Pərvanə Sultanova