Xəbərlər

“Donuz qripi” təhlükəsi Azərbaycanda dəmir yolunu hərəkətə keçirdi
22 yanvar, 2016 14:40
“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb və qabaqlayıcı tədbirlər görülür.
 
Məlumata görə, Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. 
 
Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.
 
Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personalın fərdi qoruyucu vasitələrlə təmin edilməsi həyata keçirilir, dəmir yolu ərazisində donuz qripi xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin həyat keçirilməsi məqsədi ilə dərman və vaksinlərin, dezinfeksiyaedici preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.
 
Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sanitar-Karantin Müfəttişliyində “Qaynar xətt” yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində şübhəli hallar barəsində dərhal qaynar xəttə məlumatlar daxil olacaq. 
 
Dəmir yolunda yaradılmış “Qaynar xətt”in əlaqə telefonları - 499-48-28, 499-60-25.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.