Jurnalistlər arasında “Medi Debat” adlı oyun keçiriləcək
22 yanvar, 2016 14:40
Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində jurnalistlər müxtəlif mövzular ətrafında müzakirə aparacaq və öz seçdikləri mövqeyin doğru olduqunu debat qaydalarına uyğun şəkildə sübut etməyə çalışacaqlar.
“Medi Debat” layihəsinin keçirilməsi üçün hazırlıq mərhələsi başa çatmaq üzrədir. Layihədə 50-dən çox jurnalistin iştirak etməsi nəzərdə tutulur. Jurnalistlər 3 nəfərlik komanda şəklində mübarizə aparacaqlar və sonda qaliblər mükafatlandırılacaq. Layihə rəhbəri Elmar Həbiblidir.
“Media Debat” layihəsində iştirak etmək istəyən jurnalistlər [email protected] müraciət edə bilər.
Fərid Ədalət