Xəbərlər

Paris terrorunda şübhəli bilinən daha 2 nəfər tutulub
22 yanvar, 2016 14:37

Belçika Prokurorluğunun bu gün açıqladığı məlumata görə, Brüsselin Molenbek məhəlləsində Belçika polisi tərəfindən aparılmış xüsusi əməliyyat zamanı keçən il noyabr ayının 13-də Parisdə törədilmiş terror aktlarının təhqiqatı ilə əlaqədar iki nəfər saxlanılıb. 

Hazırda həmin şəxslər dindirilir. Belçika Federal Prokurorluğunun məlumatında deyilir: 

“Hər iki şəxs onların bu iş üzrə şübhəli bilinən bir sıra insanlarla əlaqələri olub-olmamasını aydınlaşdırmaq üçün saxlanılıb”.

Şübhəlilərdən biri 1986-cı il təvəllüdlü Belçika vətəndaşı, digəri 1981-ci il təvəllüdlü Mərakeş vətəndaşıdır. Belçika hakimiyyət orqanları bildirib ki, bu şəxslər barəsində kifayət qədər sübut olmasa, onlar gün ərzində buraxıla bilər.

Yanvarın 20-də və 21-də Molenbekdə keçirilən xüsusi əməliyyat zamanı silah və partladıcı maddə aşkar edilməyib.

Bundan əvvəl, yanvarın 18-də Rabatda bir nəfər Mərakeş əsilli Belçika vətəndaşı saxlanılıb. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə həmin şəxsin noyabrın 13-də Parisdə törədilmiş terror aktlarına “birbaşa aidiyyəti olub”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.