Bakı metrosu ilə bir gündə orta hesabla 608 min sərnişin daşınır
21 yanvar, 2016 13:59
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-dan bildirilib ki, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 222 mln. nəfərə çatıb. Bu da orta hesabla hər gün 608 min 219 sərnişinin metrodan istifadə etməsi deməkdir.
Bu göstərici ötən il ilə müqayisədə 3% artıb. Ümumilikdə 2015-ci ildə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.