“20 Yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” adlı şeir müsabiqəsi keçirilıb
19 yanvar, 2016 12:24
Suraxanı rayon məktəbliləri və Q.Abbasov adına Mədəniyyət Sarayının “Xəzər” bədii qiraət dərnəyinin üzvləri iştirak etdiyi müsabiqədə münsiflər heyəti tərəfindən seçilən qaliblər Fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunub.
Münsiflər heyətinin üzvləri, Q.Abbasov adına Mədəniyyət Sarayının bədii rəhbəri Bəhiyyə Nağıyeva, Suraxanı rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elnarə Məmmədova və Cavid Məlikov uşaqlara tədbirlə bağlı fikirləri ilə bölüşüblər.
Tədbirin sonunda məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi nümayiş olunub.
Aydan