Güclü külək Qubanı işıqsız qoyub
19 yanvar, 2016 12:16
Ən böyük ziyan rayonun elektrik təsərrüfatına dəyib.
Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, hazırda rayonun 50 faizinə elektrik enerjisinin verilişi dayandırılıb. O bildirib ki, dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər görülür.