Xəbərlər

Polad Bülbüloğlu Murad Kajlayevə ordenini təqdim etdi
18 yanvar, 2016 13:22

Səfərin məqsədi SSSR-i xalq artisti Murad Kajlayevə prezident İlham Əliyev tərəfindən verilən “Dostluq” ordenini təqdim etmək olub.

Yubiley tədbirində ordeni Murad Kajlayevə təqdim edən səfir prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. 

Məktubda M.Kajlayevin Azərbaycanın elm, təhsil, səhiyyə və mədəniyyətinin inkişafına dəyərli töhfə verən ailədən olduğu qeyd edilib. Həmçinin vurğulanıb ki, Murad Kajlayevin Dağıstanın müasir musiqisinin ərsəyə gəlməsi istiqamətindəki çoxşahəli fəaliyyəti öz xalqına xidmətin bariz nümunəsidir. Onun rəhbərlik etdiyi Mahaçqaladakı xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbi Qafqazın musiqi irsinin ənənələrinin qorunub saxlanılmasında unikal missiya həyata keçirir.  

Azərbaycanın dövlət mükafatını qəbul edən Murad Kajlayev onun fəaliyyətinə verilmiş bu yüksək qiymətə görə dərin təşəkkürünü bildirib. O, ilk dəfə Bakıda professional səhnəyə çıxaraq müəllifi olduğu əsərini ifa etdiyini yada salıb. Eyni zamanda Murad Kajlayev hər zaman qəlbinə qulaq verərək musiqi yazdığını və bütün həyatı boyu öz vətəninə xidmət etdiyini söyləyib. 

Həmçinin səfər çərçivəsində Səfir Polad Bülbüloğlu Murad Kajlayevin rəhbəri olduğu xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbini ziyarət edib. 

Səfiri burada şagirdlər üçün yaradılmış şərait ilə tanış olub. P.Bülbüloğluna məktəbin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Polad Bülbüloğlu səfər zamanı Dağıstan prezidenti Ramazan Abdulatiopla da görüşüb.

Aydan

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.