Xəbərlər

İsrail İrana qarşı sanksiyaların ləğvindən hiddətlənib
18 yanvar, 2016 13:14
İsrailin nüfuzlu siyasətçiləri Qərbin İrana qarşı sanksiyaları aradan qaldırmasını “müsibət” kimi qiymətləndiriblər.
 
“Evimiz İsrail” partiyasının sədri Aviqdor Liberman Tehran rejiminə qarşı sanksiyaların ləğvindən danışarkən diqqəti bu addımın İranda Holokostun inkarına yönəlik beynəlxalq karikatura müsabiqəsinin təşkili ilə eyni vaxta təsadüf etməsinə yönəldərək, bunun simvolik olduğunu deyib:
 
“İranda Holokostun inkarı ilə məşğul olduqları vaxtda bu ölkə ilə nüvə sövdələşməsini qaçılmaz nəticələrini inkar edirlər – necə ki Şimali Koreya ilə imzalanmış Münhen razılaşmasının aqibəti məlumdir”.
 
İrana qarşı sanksiyaların ləğvi İsrail hökumətinin iclasında da müzakirəyə çıxarılıb. İclasda çıxış edən baş nazir Benyamin Netanyahu İranın fəaliyyətinə nəzarəti davam etdirəcəklərini bildirib:
 
“İsrail İranın beynəlxalq razılaşmaları, o cümlədən nüvə anlaşması və ballistik raketlərlə və terror fəaliyyəti ilə bağlı razılaşmaları pozmasına nəzarəti davam etdirəcək. Beynəlxalq birlik istənilən pozuntuya görə ciddi sanksiya tətbiq etməlidir.
 
Əgər bizim İranın nüvə silahı əldə etməsinə yönəlik səylərimiz olmasa idi, İran çoxdan nüvə silahına malik olardı. İsrailin siyasəti dəyişməyib: İranın nüvə silahı əldə etməsinə imkan verməmək.
 
Aydındır ki, indi İranın terrorçuluq fəaliyyəti və regionda, dünyada təcavüzkarlığını artırması üçün daha çox imkanı olacaq. Lakin İsrail istənilən təhlükəni dəf etməyə hazırdır.
 
Biz bu günlərdə ABŞ administrasiyası ilə yaxın onilliklər ərzində İsrailin təhlükəsizliyinin qorunması üçün yardım göstərilməsinə dair müqavilə istiqamətində danışıqları yekunlaşdıracağıq.   
 
Bu, İsrailin və  müttəfiqimiz olan ABŞ-ın dəyişməz dövlətlərarası siyasətinin vacib hissəsi olaraq, regionda olan təhlükələrin – ilk növbədə İran – dəf edilməsi baxımından, çox vacibdir”.
 
A.Zeynalov
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.