Prezident Eldar Quliyevi fəxri diplomla təltif edib
15 yanvar, 2016 13:42
Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.