Xəbərlər

Roman Qriqorçuk Ukrayna və Latviya mətbuatını təkzib etdi
14 yanvar, 2016 13:37
Bu fikirləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk apasport.az-a açıqlamasında deyib.
 
Ukrayna və Latviya mətbuatında 51 yaşlı mütəxəssisin Azərbaycandakı stadionların durumundan narazı olduğu bildirilir. 
 
Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bildirib ki, stadionlar barədə fikirlərini heç bir mətbu orqanı ilə bölüşməyib: 
 
“Əgər həqiqətən də mənim Azərbaycandakı stadionlarla bağlı fikrimi bilmək istəyirsinizsə, bunları deyə bilərəm: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir. 
 
Bu mübahisəyə ehtiyacı olmayan faktdır. O ki qaldı ölkə çempionatında çıxış etdiyimizi arenalara, demək olar ki bütün komandaların yüksək səviyyəli stadionu var.
 
Xüsusilə, "Bakcell Arena" mənim çox xoşuma gəlir. Bakıda nəinki stadionlar, ümumiyyətlə, idman arenaları ən xoş sözlərə layiqdir. Bunu burada olan bütün insanlar təsdiqləyə bilər. 
 
Məni stadionlarla bağlı narahat edən yeganə məqam bəzi süni örtüklü meydançaların durumudur. Bu da təbii ki, bütün stadionlara aid deyil.  
 
Öz stadionumuza gəlincə, kifayət qədər gözəl arenamız var, istədiyimiz tam şərait yaradılıb, infrastruktur  ideal səviyyədədir. Bu məsələni klub rəhbərliyi ilə heç vaxt müzakirə etməmişəm".
 
Ş.Z.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.