FIFA-dan “Real” və “Atletiko”ya ağır cəza
14 yanvar, 2016 13:36
FİFA Madridin “Real” və “Atletiko” klublarına iki dönəm transfer qadağası tətbiq etdi.
Bu barədə FİFA-dan verilən yazılı açıqlamada adları çəkilən klubların 18 yaşdan aşağı futbolçuların transferlərindəki pozuntular səbəbi ilə növbəti mövsümdən etibarən, 2 dönem yerli və xarici futbolçuları transfer etmələrinə qadağa qoyulduğu bildirilib.
Açıqlamada “Atletiko”nun 900 min, “Real”ın isə 360 min İsveçrə frankı məbləğində cərimələndiyi qeyd olunub.
Qeyd edək ki, daha bir ispan “nəhəng”i “Barselona” da analoji cəzaya məruz qalmışdı.
Ş.Z.