Xəbərlər

Bakıda "Tamahlar"dan ibarət balet axşamı keçiriləcək
15 yanvar, 2016 13:35
 Balet axşamında nümayiş olunacaq “Xanım və Xuliqan” 2012-ci ildə quruluşçu baletmeyster Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Moxnaçov tərəfindən səhnəyə qoyulub və bu günə kimi repertuardadır. Rus balet sənətinin ən dəyərli nümunələrindən olan bu balet iki gəncin faciəli məhəbbət tarixcəsindən – insanı yaxşılığa doğru dəyişən, onda təmiz və işıqlı hisslər oyadan məhəbbətdən, öz sevgisini qorumaq üçün həyatını qurban verən qəhrəmanın taleyindən bəhs edir. 
 
Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Əsas rollarda Xalq artisti Kamilla Hüseynova (Xanım), aparıcı solist Anar Tahirov (Xuliqan), həmçinin Əməkdar artist Alsu Qimadiyeva və solist Faiq Qubatov çıxış edəcəklər. “Tamahlar” baleti 2003-cü ildə fransalı xoreoqraf Alen Amber tərəfindən səhnəyə qoyulub. Tamaşa rus bəstəkarı S.Prokofyevin “Klassik simfoniya”sı əsasında səhnələndirilib. Süjet xətti olmayan bu baletin çox gözəl musiqisi vardır. 
 
Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. 
 
Solistlər Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Yuri Lobaçov, Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarıdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.