Xəbərlər

Natiq Əliyev: “Azərbaycanın inkişaf modeli mürəkkəb qlobal bir situasiyada özünü doğrultmaqda və bütün sahələrdə inkişafı təmin etməkdədir”
15 yanvar, 2016 13:17
 Bu fikirlər energetika naziriNatiq Əliyevin “Respublika” qəzetində dərc edilmiş “Azərbaycanın uğur yolu: qazanılan nailiyyətlər məqsədyönlü siyasətin təntənəsidir” adlı məqaləsində yer alıb.
 
Nazir öz məqaləsində qeyd edib ki, 2015-ci il ərzində respublikada 40,7 mln. ton proqnoza qarşı 41,6 mln. ton neft hasil edilib, hasil olunan neftin 31 mln. tonu (867,0 min ton proqnozdan çox) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 2,3 mln. tonu “Şahdəniz”in (kondensat), 8,2 mln. tonu isə SOCAR-ın payına düşüb.
 
Məqalədə bildirilib ki, 2015-ci ildə ölkədən 36,9 mln. tonu konsorsiuma, 1,2 mln. tonu SOCAR-a məxsus 35,1 mln. ton neft ixrac edilib, 
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftinin nəqlində yenə də müstəsna rol oynayıb:
 
“Gündəlik ötürmə gücü 1,2 mln. barel olan boru kəməri vasitəsilə hazırda AÇG nefti və “Şahdəniz” kondensatından əlavə, Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunmaqdadır”.
 
N. Əliyev ölkədə ümumi qaz hasilatının 2015-ci ildə 29,1 mlrd. kubmetr həcmində olduğunu qeyd edib:
 
“Bunun 22,2 mlrd. kubmetri AÇG (12,3 mlrd. kubmetr) və “Şahdəniz” ( 9,9 mlrd. kubmetr) yataqlarının payına düşür. Beləliklə, “Şahdəniz” yatağından il üzrə nəzərdə tutulandan 14,2 mln. kubmetr artıq təbii qaz çıxarılıb.
 
Hazırda Azərbaycanda gündəlik, təqribən, 120 min ton neft və 89 mln. kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Ümid” yataqlarından əldə olunur”.
 
Nazir əlavə edib ki, 2017-ci ildə üçün proqnozlaşdırılan qaz hasilatı isə SOCAR üzrə 6,3 mlrd. kubmetr, “Şahdəniz” üzrə 10,1 mlrd. kubmetr, AÇG üzrə 12,9 mlrd. kubmetr hədində müəyyənləşdirilib.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.