Sloveniyada Nizami Gəncəvinin abidəsi ucaldılacaq
14 yanvar, 2016 12:52
Lyublyana şəhər bələdiyyəsindən Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyana ofisinə daxil olan məktubda qeyd edilir ki, şəhər bələdiyyəsinin müvafiq komissiyası Şimali Şəhər Parkının yeni salınacaq hissəsində abidənin ucaldılması barədə qərar qəbul edib.
Nizami Gəncəvinin memorial abidəsinin yanında dahi şairin ədəbi əsərlərinin nümayiş olunacağı elektron lövhənin quraşdırılması da nəzərdə tutulub.
Yaxın aylarda açılışı gözlənilən abidənin müəllifi Ukraynanın xalq rəssamı, heykəltəraş və memar Seyfəddin Qurbanovdur.