tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, ədəbiyyatşünaslar, Azərbaycan diaspora nümayəndələri və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov Anarın Azərbaycan ədəbiyyatının istedadlı, zəngin yaradıcılığa malik yazıçıla
14 yanvar, 2016 12:51
Teatrın mətbuat xidmətindən bildirilib ki, cari il aprelin 20-dən 30-dək davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə həyata keçirilir.
Hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türk dilli teatr kollektivləri qatılırlar.
Gənc Tamaşaçılar Teatrının kollektivi iştirak üçün festivalın münsiflər heyətinə cari repertuarında olan iki tamaşa (Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” və L.Nuren “Mən gəldim qızlar” (“Müharibə”) haqqında məlumat göndərib.
Münsiflər heyəti tərəfindən qəbul olunacaq tamaşa festivalda nümayiş etdiriləcək.
Festivalın keçirilməsində əsas məqsəd müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır.