Xəbərlər

Anarın “Göz muncuğu” Varşavada təqdim edilib
14 yanvar, 2016 12:50

Tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, ədəbiyyatşünaslar, Azərbaycan diaspora nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Həsən HəsənovAnarın Azərbaycan ədəbiyyatının istedadlı, zəngin yaradıcılığa malik yazıçılarından biri olduğunu bildirib.

Səfir xüsusi olaraq qeyd edib ki, xalq yazıçısı Anarın yaradıcılığı azərbaycanlılarda milli şüurun formalaşmasında böyük rol oynayıb:

“Sevindirici hal isə ondan ibarətdir ki, Anarın yaradıcılığı ilə nəinki azərbaycanlıların, həm də bir çox dünya xalqlarının oxuyub, tanış olmaq imkanları var”.

H.Həsənov “Göz muncuğu” kitabının  ictimaiyyət arasında böyük marağa səbəb olacağına inandığını bildirib.

Kitabın polyak dilinə tərcüməçisi, filologiya üzrə humanitar elmlər doktoru İlahə Kərimovaqonaqlara kitab haqqında ətraflı məlumat verib.

O bildirib ki, “Göz muncuğu” dərin mənalı, maraqlı, lakin heç də asan qəbul oluna bilməyən povestdir. Əsərin oxucusundan həm Avropada, həm də Şərqdə mövcud olan miflər, əfsanələr və motivlər haqqında bilgiyə malik olması tələb olunur.

Povestin bütün ideyası insanı dərk etmək fəlsəfəsinə həsr olunmuşdur. Həqiqətən də "Göz muncuğu" povesti insanın daxili portretidir.  

İ.Kərimova, həmçinin bildirib ki, povesti birnəfəsə oxuduqdan sonra onu  polyak  dilində oxuculara bacardıqca yüksək səviyyədə təqdim  etməyi qarşısına  məqsəd qoyub. Uzun müddət, böyük həvəslə əsərin tərcüməsi üzərində işlədikdən sonra  "Göz muncuğu " povestini  polyak oxucuları üçün polyak dilində ərsəyə gətirmək mümkün olub.

 “Sevincimin səbəbi ondan ibarətdir  ki, işlədiyim  Universitetdə və ətrafımdakı oxucular  povesti  birnəfəsə oxumaları haqqında danışırlar”, o deyib.

Tədbirin sonunda qonaqlara kitablar təqdim olunub.

Qeyd edək ki, xalq yazıçısı Anarın “Göz muncuğu” kitabı Vrotslav şəhərində “ATUT” nəşriyyatında “Şərq modernizmi” seriyasında nəşr edilib. 

Kitabın nəşri Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatının xaricdə təbliği” proqramı çərçivəsində ərsəyə gəlib. “Göz muncuğu” Anarın Polşada nəşr olunan üçüncü kitabıdır.

Pərvanə Sultanova

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.