Xəbərlər

Millət vəkili baş nazirin müavini ilə görüşüb
14 yanvar, 2016 12:49
 Millət vəkili Qənirə Paşayeva Taylandda baş nazirin müavini Prajin Juntoqla  görüşüb.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva ona Azərbaycanla bağlı məlumatlar verib, Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş danışıb. 
 
O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib. 
 
Deputat deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar  Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. 
 
Q.Paşayeva bildirib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə böyük ehtiyac var.
 
O, baş nazirin müavininə dost Taylanddan Dağlıq Qarabağ münaqişəsi və digər önəmli məsələlərdə beynəlxalq təşkilatlarda daha böyük dəstək gözləyirik deyib və Azərbaycana dəvət edib.
 
Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini,  Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını deyən Tayland baş nazirinin müavini Prajin Juntoqla Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlarını deyib. 
 
Görüşün sonunda Qənirə Paşayeva  Baş nazirin müavini Prajin Juntoqlaya  rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. 
 
Ş.Z.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.