Xəbərlər

İqbal Babayev: "Elektron imza”sı olmayan sahibkar elektron bəyanetməni həyata keçirdə bilməyəcək"
14 yanvar, 2016 12:47

 Elektron bəyannamələrin tətbiqi ilə bağlı aparılan işlər barədə fikir bildirən Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev mətbuata açıqlamasında elektron bəyannamələrin tətbiqi üçün qanunvericilik bazasının yaradılmasının vacibliyinə toxunub.

Onun sözlərinə görə, qanunvericilik bazası bütün dövlət orqanları ilə razılaşdırmalar əsasında yaradılmalıdır.

 Bütün bunlar elektron bəyannamə kağızı olmadıqdan sonra dövlət orqanları, hüquq-mühafizə orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün elektron bəyanetmə sisteminin qanunvericilik bazasında öz əksini tapmalıdır.

İqbal Babayev qeyd edib ki, DGK-nın elektron xidmətlərinin həyata keçirilməsi üçün sahibkarlar mütləq “elektron imza” əldə etməlidir. “Elektron imza”sı olmayan sahibkar elektron bəyanetməni həyata keçirdə bilməyəcək.

“Malını bəyan edə bilməyən sahibkar təbii ki, malını rəsmiləşdirə bilməyəcək. Biz sahibkarlardan xahiş edirik ki, “elektron imza” kartlarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əldə etsinlər.

 Nazirlər Kabinetinin qərarı ilə qısa bir zamanda DGK elektron bəyanetmə sisteminin tətbiqinə keçə bilər”, - deyə İ.Babayev vurğulayıb.

Gömrük rəsmisi bildirib ki, bütün dünya artıq nəzarət mexanizmindən xidmət mexanizminə keçir. 

DGT-nın tövsiyə etdiyi mexanizmin ölkəmizdə də tətbiqi bizim üçün çox əhəmiyyətlidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.