İqtisadiyyat və Sənaye Nazirliyi: "Ötən il tullantılardan 182 milyon kilovatsaat enerji alınıb"
14 yanvar, 2016 12:41
Istehsal olunmuş enerjinin 28,5 mln. kilovat/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 mln. kilovat/saat enerji isə elekrik şəbəkəsinə ötürülüb.
Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir.
Ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.