Dövlət Taxıl Fondu: “Ölkədə un və un məhsulları qıtlığı yoxdur”
14 yanvar, 2016 12:32
Bunu APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədovbildirib.
Onun sözlərinə görə, Fondun ehtiyatları isə elə formalaşdırılıb ki, bütün fors-major hallarında ölkədə mövcud olan bütün un fabriklərini yüksək keyfiyyətli ərzaqlıq buğda ilə təmin etmək mümkün olur:
“Yəni, dövlət ehtiyatlarında azalma olarsa, qabaqlayıcı tədbirlər həyata keçirməklə operativ şəkildə istifadəyə buraxılmış buğda yenisi ilə əvəzlənir”.